Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Fevral 2024 16:58
Somali bu ilin sonunda tarixində ilk dəfə öz ərazisində neft hasilatına başlayacaq.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Somalinin neft və mineral ehtiyatlar naziri Əbdurrəzaq Ömər Məhəmməd məlumat verib.
Nazirin sözlərinə görə, ilk neftin Qalmuduq ştatı, ölkənin cənub-qərbi və Cubaland əyalətlərindəki yataqlardan hasil ediləcəyi gözlənilir.
Qeyd edək ki, 2022-ci ilin oktyabrında Somali ABŞ-ın "Coastline Exploration" şirkəti ilə ölkə ərazisində neft yataqlarının işlənməsi ilə bağlı müqavilə imzalayıb. Somalinin 30 milyard barelə qədər potensial neft və təbii qaz ehtiyatları olması ehtimal edilir.