Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həkimdən düzgün qaydada bişirilməmiş toyuq ətinin ziyanı barədə XƏBƏRDARLIQ

Həkimdən düzgün qaydada bişirilməmiş toyuq ətinin ziyanı barədə XƏBƏRDARLIQ

Tarix: 18 Fevral 2024 01:03

Zəhərlənmənin qarşısını almaq üçün istehlak edilməzdən əvvəl toyuq əti tam termiki emala məruz qalmalıdır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı diyetoloq, tibb elmləri namizədi Yelena Solomatina danışıb.

"Məsələn, qril üsulu ilə bişirilmiş toyuq və ya toyuq kababında ətin bəzi hissələri bişməyə bilər və bəzən bu zəhərlənməyə səbəb ola bilər. Bu mənada toyuğun ən təhlükəli yeri quyruq hissəsidir. Əgər tam termiki emala məruz qalmazsa, onun tərkibində yüksək konsentrasiyada salmonella ola bilər", - deyə həkim xəbərdarlıq edib.

O vurğulayıb ki, belə toyuq ətində bağırsaq çöpləri də ola bilər.

Solomatina həmçinin toyuq dərisinin tərkibində yüksək miqdarda zərərli yağ olduğuna görə onu yeməməyi məsləhət görüb.

Həkim toyuq içalatı və ayaqlarını istehlak edərkən də ehtiyatlı olmağı tövsiyə edib.

"İçalat salmonellyozun inkişaf etdiyi yer ola bilər. Toyuğun ayağında və pulcuqlarında isə tez-tez çirk yığılır. Həddindən artıq yemlənən toyuqların qaraciyəri isə xolesterol mənbəyi ola bilər", - deyə diyetoloq vurğulayıb.

Milli.Az


Etiketlər:  Həkimdən düzgün qaydada bişirilməmiş toyuq ətinin ziyanı barədə XƏBƏRDARLIQ


RƏYLƏR