Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Haaqada iğtişaş baş verdi

Haaqada iğtişaş baş verdi

Tarix: 18 Fevral 2024 10:54

Ötən gün Haaqada iki qrup Eritreya vətəndaşının iştirakı ilə iğtişaşlar baş verib, polis gözyaşardıcı qazdan istifadə edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "NL Times" nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, iğtişaşlar tədbir pavilyonunun ərazisində iki qrup Eritreyalılar arasında döyüşdən sonra olub. İğtişaşçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş, velosiped və yol nişanları atıblar.

Bildirilib ki, insident çərçivəsində iki polis maşını yandırılıb, pavilyonun şüşələri sındırılıb.

İştirakçılar polis mikroavtobusları və gözyaşardıcı qazın köməyi ilə dağıdılıb. Haaqa şəhərinin meri Yan van Zanen onun istifadəsinə icazə verib.

Nəşrin məlumatına görə, toqquşmanın nədən baş verdiyi və itkilərin olub-olmadığı hələlik məlum deyil.


Etiketlər:  Haaqada iğtişaş baş verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ