Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2024 19:16
Leninqrad vilayətinin Murino şəhərindəki mənzillərdən birində qanlı qarşıdurma baş verib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, iki kişi dava edib, nəticədə onlardan biri qulağı və gözündən məhrum olub.
Məlumata görə, Vorontsovski bulvarındakı evlərdən birinin 25 yaşlı sakini 19 yaşlı tanışını qonaq dəvət edib. Lakin onların arasında mübahisə yaranıb və bu zaman sonuncu bıçaqla mənzil sahibinin gözünə xəsarət yetirib, daha sonra isə qulağını kəsib.
Təcili polisə məlumat verilib. Şübhəli şəxs tapılaraq saxlanılıb. İndi detektivlər məsələni araşdırır.
Onlar cinayətin motivlərini müəyyən edirlər.
Zərərçəkənə tibbi yardım göstərilib.