Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xətaidəki yanğında boğulanların hamısı ambulator müalicəyə buraxılıb

Xətaidəki yanğında boğulanların hamısı ambulator müalicəyə buraxılıb

Tarix: 15 Noyabr 2019 09:20

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakının Xətai rayonu Neapol küçəsi, 29/42-da, mənzil 79-da mansardın yanması nəticəsində 11 nəfərin boğulma ehtimalı ilə xəstəxanaya gətirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə barədə məlumat təcili yardıma saat 01:48-də daxil olub. Hadisə yerinə 10 təcili tibbi yardım briqadası göndərilib.

Hadisə nəticəsində 5-i uşaq olmaqla, 11 nəfər tüstüdən boğulma ehtimalı ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıb. Xəstələrə lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Xətaidəki yanğında boğulanların hamısı ambulator müalicəyə buraxılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ