Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2024 15:55
Xalq artisti Aygün Kazımova TikTok-da rekord qırmaga davam edir.
Sonxeber.net azxeber.com-a istinadən xəbər verir ki, ölkənin əsas ulduzunun simasında olan emoji sosial şəbəkədə viral olub.
Bir həftə içində emoji ilə 10 minə yaxın video çəkilib. Videoda Pop divanın "Parol", "Sağ-salamat" və "Bilmək olmaz" mahnılarından istifadə edilib.
Pop Kraliçanın mahnıları "Apple music"də liderlik etməkdə də davam edir. Belə ki, "Bilmək olmaz" həftələrdir birincidir.
Qeyd edək ki, "Parol" mahnısı yutubda 14 milyon, "Bilmək olmaz" 5,2 milyon, "Sağ-salamat" isə qısa müddətdə 1,7 milyondan çox izlənib.