Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Oğlumun ölümünü internetdən öyrəndim"

Tarix: 19 Fevral 2024 17:05

"Emilin əzabını illərlə mən çəkmişəm. 37 il ona özüm baxmışam. Kirayələrdə qala-qala. Bəzi səhvlərinə görə Emil həbs olundu. Onun-bunun evini yığışdırıb, kimlərinsə qabağında diz çöküb Emil üçün həbsxanaya yemək aparmışam". 

Milli.Az lent.az-a istinadən bildirir ki, bunu Əməkdar artist Rəhman Rəhmanovun birinci həyat yoldaşı Ulduz xanım teleproqramlardan birinə açıqlamasında deyib:

"Emilin ölümü ilə məni yandırdılar. Emilin xəstəxanaya düşməsini və reanimasiyada olmasını mənə heç kim söyləmədi. Bacım oğlu "Instagram"dan övladımın ölüm xəbərini oxuyub mənə göstərdi. Son 2 ildə oğlumu görə bilmədim. Mənə imkan vermədilər ki, uşağımın heç olmasa ölüm yatağında üzünü görüm. Bunu Allah götürər?". 

Qeyd edək ki, müğənni Emil Rəhmanoğlu ötən il 44 yaşında vəfat edib. Onun atası , Əməkdar artist Rəhman Rəhmanov dəfələrlə iki xanımı olduğunu, iki ailəyə baxdığını söyləyib.

Milli.Az


Etiketlər:  Oğlumun ölümünü internetdən öyrəndim


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ