Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vahid Ələkbərov İlham Əliyevə təbrik məktubu göndərib

Vahid Ələkbərov İlham Əliyevə təbrik məktubu göndərib

Tarix: 19 Fevral 2024 19:24

Rusiyanın "LUKOYL" Publik Səhmdar Cəmiyyətinin sabiq prezidenti Vahid Ələkbərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Seçkilərdə qələbəniz Sizin bütün təşəbbüslərinizin əsasında hər şeydən əvvəl ümumbəşəri dəyərləri əsas götürən, ölkəni dinamik inkişaf və tərəqqi yolu ilə inamla irəli aparan tərəqqipərvər və təcrübəli rəhbər kimi xalqın etimadını qazandığınızı təsdiq edir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji, dost Azərbaycan xalqının rifahı naminə çoxşaxəli fəaliyyətinizdə yeni qələbələr və uğurlar arzulayıram".

Milli.Az


Etiketlər:  Vahid Ələkbərov İlham Əliyevə təbrik məktubu göndərib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ