Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2024 12:12
Avropa Birliyinin (AB) enerji məsələləri üzrə komissarı Kadri Simson Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurasının onuncu nazirlər iclasında və COP-un "yaşıl enerji" üzrə nazirlərin ikinci iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Qeyd edək ki, martın 1-də Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və "yaşıl enerji" üzrə 2-ci iclası keçiriləcək.
Bu iki tədbirin keçirilməsi təkcə neft-qaz potensialı hesabına deyil, həm də alternativ enerji mənbələri hesabına Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın artan rolunu əyani şəkildə nümayiş etdirir.