Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

TOLİK: “Sənin saçını keçəl edib içəri salacaqlar...“

TOLİK: “Sənin saçını keçəl edib içəri salacaqlar...“

Tarix: 20 Fevral 2024 13:55

Sosial şəbəkədə Bakının Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli məktəbin şagirdlərinin öz məktəb yoldaşını bullinqə məruz qoyduğunu nümayiş etdirən video yayılıb. 

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, sözügedən kadrları sosial şəbəkə hesabında paylaşan tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) də məsələyə səssiz qalmayıb. 

O, kadrlardakı məktəblini qınaq atəşinə tutub: 

"Bu tərbiyəsizin yiyəsi var?! Bütün əsəblərim korlandı. Hələ o tərəfdə dayanan oğlana bax! Bu özünü küçə adamı kimi aparan qız, sənin saçını keçəl edib salacaqlar içəri. Yiyəsiz! Şüvəlanlıların adını batırma! Sənin bəlkə yiyən yoxdur, amma şüvəlanlılar qeyrətlidirlər!" 

Tolik bu tip şagirdlər üçün xüsusi düşərgənin olmasının vacibliyini qeyd edib. O, həmin uşaqların valideynlərinin də üzr istəməli olduğunu bildirib: 

"Qanun, qayda düşünürəm ki, hər kəs üçün eyni olmalıdır. Artıq bu neçənci hadisədir ki, uşaq və gənc vaxtı etdikləri cəzasız qaldığı üçün sonralar törətdikləri hadisələr fəlakətə səbəb olub. Bu videodakılarda azyaşlıdır, deyəcəksiniz ki, nə tədbir, nə cəza? Amma sovet vaxtı çətin tərbiyə olunan azyaşlılar üçün uşaq koloniyası vardı. Mərdəkanda. Tərbiyə, mərhəmət, qarşındakına hörmət ailədən gəlir. Təəssüf ki, bu hərəkəti edən məktəblilərin valideynlərində qeyd etdiklərimin heç biri yoxdur. Belə valideynlərin övladım, qızım var deyib çölə çıxması belə utancvericidir. Nəinki bu qızlar üzr istəməlidir, bunların valideynləri də üzr istəməli, qanunla nəzərdə tutulan cəza almalıdır. Cəmiyyətə adaptasiya ola bilməyən insanların, ucbatından digər balalarımızı, övladlarımızı da itirməyək!" 

Milli.Az


Etiketlər:  TOLİK Sənin saçını keçəl edib içəri salacaqlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ