Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Fevral 2024 14:56
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Fransa Kəşfiyyat İdarəsinin Türkiyədəki fəaliyyətini ifşa edib.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, 1 ildir Fransa Kəşfiyyat Xidməti üçün casusluq etdiyi müəyyən edilən 3 nəfər saxlanılıb.
Casuslar arasında olan Ahmet Kati və digər 2 şəxsin Fransa Kəşfiyyat Xidmətinin xəbərdarlığından sonra Türkiyəni tərk edərkən MİT və İstanbul polisi tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Casuslar həbs edilərək həbsxanaya göndərilib.