Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident onlara ali xüsusi rütbələr verdi

Prezident onlara ali xüsusi rütbələr verdi

Tarix: 20 Fevral 2024 16:15

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki,  bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Dövlət Vergi Xidmətinin iki əməkdaşına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib.

Həmin şəxslər aşağıdakılardır:

Quliyev Kənan Adil oğlu - Daxili təhlükəsizlik baş idarəsinin rəisi

Bəylərov Elçin Bəylər oğlu - Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi baş idarəsinin rəisi.

Milli.Az


Etiketlər:  Prezident onlara ali xüsusi rütbələr verdi


RƏYLƏR