Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tolik: “Kamilin adı “İnterpol”un axtarış siyahısında yoxdur” - FOTO

Tolik: “Kamilin adı “İnterpol”un axtarış siyahısında yoxdur” - FOTO

Tarix: 21 Fevral 2024 10:00

"Kamilin adı "İnterpol"da axtarış siyahısında yoxdur. Ermənilər özlərinin bəzi yollarla qanuna zidd olaraq Rusiya ərazisində Azərbaycan vətəndaşını saxlamaqla qanun pozublar". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri aparıcı və prodüser Tarix Əliyev (Tolik) fitnes məşqçi Kamil Zeynallının gecə saatlarında Moskvanın "Domodevo" hava limanından Bakıya gələrkən hüquq mühafizə orqanları tərəfindən saxlanılması hadisəsinə sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

Tolik məsələ ilə bağlı fikirlərini belə nəql edib: 

"Kamili axtarışa Ermənistan Hərbi Prokurorluğu verib. Amma nə əsasla? Kamil onların vətəndaşları kimi adam öldürməyib". 

Qeyd edək ki, Kamil Zeynallı müğənni Gülay Zeynallı ilə ailəlidir. 

Milli.Az


Etiketlər:  Tolik Kamilin adı İnterpolun axtarış siyahısında yoxdur FOTO


RƏYLƏR