Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xalid Fuda Sadiq İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Xalid Fuda Sadiq İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Tarix: 21 Fevral 2024 15:06

Misir Ərəb Respublikasının Cənubi Sinay əyalətinin qubernatoru Xalid Fuda Sadiq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Sizə ən səmimi salamlarımı və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Cənubi Sinay Qubernatorluğunun vətəndaşları adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.

Bu qələbə hörmətli xalqınızın Zati-alinizə dərin etimadının təsdiqidir. Əminik ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan xalqı və dövləti daha böyük uğurlar əldə edəcəkdir.

Zati-aliləri, bir daha Sizi təbrik etməkdən, ölkələrimiz arasında bütün sahələrdə ikitərəfli münasibətləri möhkəmləndirmək və dərinləşdirmək istəyimizi qeyd etməkdən məmnunluq duyuram.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, uğurlar, dost ölkənizin xalqına tərəqqi və firavanlıq diləyirəm".

Milli.Az


Etiketlər:  Xalid Fuda Sadiq İlham Əliyevə təbrik məktubu ünvanlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ