Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2024 20:15
Ötən aylarda hamilə olduğunu bəyan edən məşhur türkiyəli aktrisa Qonca Vuslateri körpəsinin atasının kim olduğunu açıqlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Ceyda Düvencinin aparıcılığını etdiyi "Bambaşka söhbetler" proqrama qatılan Vuslateri körpənin atasının dövlət məmuru olduğunu bildirib.
"Leventlə münasibətimiz başlayanda başqa sektordan olan bir insanla birlikdə olmağın rahatlığını yaşadım. Dövlət məmurudur, mənim həyatımdan və sektorumdan uzaqdır. Mənim işimin şou-biznes tərəfi var, bir az təhrikedicidir. Sevgilimlə heç bir ortaq cəhətimiz yoxdur", - deyə aktrisa qeyd edib.
"Bəli, hamiləyəm. Hiss edilməsi üçün çox tezdir. İşə gedib-gəlirəm, ətrafımda sakitlikdir. Qadın olduğum üçün uşaq dünyaya gətirmək kimi bir imkanım var zatən... Əvvəla, təəccüblənmələrə bir son verim. Yəni belə bir şey adətən baş verə bilir. "Ana olmağı elə də çox istəmirdim" sözlərimi mənə xatırlatmayın. Hələ də eyni fikirdəyəm. Sadəcə gələnə "get" demirəm. Bu da mənim seçimimdir. Hazır olmadıqda belə, avtomatik olaraq uşaq anası ola bilərəm", - deyə Qonca Vuslateri əlavə edib.