Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Fevral 2024 21:50
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Rusiyaya səfər edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, Tokayev rusiyalı həmkarı Vladimir Putinin dəvəti ilə Kazan şəhərinə gedib.
"Gələcək Oyunlar" beynəlxalq turnirinin açılışı çərçivəsində rusiyalı həmkarı ilə bir araya gələn Tokayev ölkəsinin yarışa güclü komanda ilə gəldiyini bildirib.
O, Qazaxıstan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafından da məmnunluğunu vurğulayıb.