Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2024 20:18
AB-nin baş diplomatı (Borrell - red.) yeni əməkdaşlıq gündəliyi ilə bağlı ilk təklifi vermək üçün Ermənistana səfər etmək arzusunda olduğunu açıqlayıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu AB-Ermənistan vətəndaş platformasının yekun hesabatına həsr olunmuş tədbirdə birliyin Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos deyib.
O, Ermənistan-AB hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq sazişini çox mühüm sənəd adlandırıb ə qeyd edib ki, onun müddəaları tədricən həyata keçirilir:
"Birlikdə daha ciddi nəticələr əldə edə bilərik ki, Ermənistan vətəndaşlarının, o cümlədən iş adamlarının dəyərlərə, ərazi bütövlüyünə əsaslanan daha yaxşı həyat, həmçinin regional inkişaf istəkləri reallaşsın. Bununla bağlı işlər aparılır. Təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirəcəyik. Ümid edirəm ki, keyfiyyətli islahatlara keçə biləcəyik".