Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ"ın 1/8 finaldakı rəqibi BƏLLİ OLDU

Tarix: 23 Fevral 2024 15:24

Milli.Az xəbər verir ki, "Qarabağ"ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində rəqibi yenidən "Bayer Leverkuzen" oldu.

15:04

Fevralın 23-də Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

-------

09:26


Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq.

Milli.Az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə vəsiqə qazanan "Qarabağ"ın da rəqibi məlum olacaq. Ağdam təmsilçisi səpələnməmişlər səbətində yer alıb.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

1/8 finalda pley-off-un qalibləri Avropa Liqasında qrupu birinci yerdə başa vurmuş 8 komandadan biri ilə qarşılaşacaq. "Qarabağ"ın potensial rəqibləri sırasında onunla eyni qrupda mübarizə aparmış "Bayer" də (Almaniya) var.

"Qarabağ"ın potensial rəqibləri:

"Atalanta" (İtaliya)

"Bayer" (Almaniya)

"Brayton" (İngiltərə)

"Vest Hem" (İngiltərə)

"Vilyareal" (İspaniya)

"Liverpul" (İngiltərə)

"Reyncers" (Şotlandiya)

"Sparta" (Çexiya)

Qeyd edək ki, bu mərhələnin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də keçiriləcək.

Milli.Az


Etiketlər:  Qarabağın 18 finaldakı rəqibi BƏLLİ OLDU


RƏYLƏR