Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Fevral 2024 14:04
Fransanın Ermənistanda daimi hərbi müşaviri olacaq.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu İrəvanda səfərdə olan Fransa müdafiə naziri Sebastyan Lekornu erməni həmkarı Suren Papikyanla görüşdən sonra birgə mətbuat konfransında çıxışı zamanı deyib.
Qeyd edək ki, Sebastyan Lekornu dünən İrəvana səfərə gedib və bu, Fransa müdafiə nazirinin Ermənistana tarixdə ilk səfəridir.
Səfər çərçivəsində nazirlər arasında görüş keçirilib və Papikyanla Lekornu İrəvanda yeni əməkdaşlıq sazişləri imzalayıb.