Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

100-dən çox avtomobil toqquşdu, yaralılar var

100-dən çox avtomobil toqquşdu, yaralılar var

Tarix: 23 Fevral 2024 15:22

Çinin Suçjou şəhərində magistral avtomobil yolunda baş vermiş zəncirvarı qəzada 100-dən çox avtomobil toqquşub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Məlumata görə, qəza nəticəsində yaralanmış üç nəfər xəstəxanaya yerləşdirilib, daha 6 nəfər isə yüngül xəsarət alıb.

Sosial şəbəkələrdə paylaşılan videolarda çox sayda avtomobilin magistral yolda qalaqlandığı, şüşə qırıntıları və avtomobil hissələrinin ətrafa səpələndiyi görünür.

Polis yolda nəqliyyat vasitələrinin hərəkətinin bərpa olunduğunu, qəzanın səbəblərinin araşdırıldığını bildirib.

Qeyd edək ki, son günlərdə Çinin böyük hissəsində havaların kəskin soyuması çovğun və doluya səbəb olub, nəticədə milyonlarla insanın nəqliyyat vasitəsindən istifadəsi çətinləşib.

Milli.Az


Etiketlər:  100 dən çox avtomobil toqquşdu yaralılar var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ