Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tailandın Kralı İlham Əliyevi təbrik edib

Tailandın Kralı İlham Əliyevi təbrik edib

Tarix: 23 Fevral 2024 18:03

Tailandın Kralı Maha Vaçiralonqkorn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz və fəaliyyətə başlamağınız münasibətilə Tailand xalqı adından Sizə ən səmimi təbriklərimizi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik,
ali dövləti fəaliyyətinizdə davamlı uğurlar, Azərbaycan xalqına isə əmin-amanlıq və rifah diləyirəm.

Seçkilərdə inamlı qələbəniz Sizin rəhbərliyinizə və siyasətinizə xalqınızın etimadının bariz təsdiqidir. Biz ölkələrimiz arasında dostluq münasibətlərini və sıx əməkdaşlığı yüksək qiymətləndiririk. Əminəm ki, Zati-alinizin dəstəyi ilə qarşıdakı illərdə Tailand-Azərbaycan dostluq münasibətləri və əməkdaşlığı daha da möhkəmlənəcəkdir".

Milli.Az


Etiketlər:  Tailandın Kralı İlham Əliyevi təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ