Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qurbanov püşkü dəyərləndirdi: Yenə bu komanda...

Qurbanov püşkü dəyərləndirdi: Yenə bu komanda...

Tarix: 23 Fevral 2024 22:06

"Bayer" Avropanın ən yaxşı, sabit çıxış edən komandalarından biridir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu klubun saytına açıqlama verən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Avropa Liqasının 1/8 final mərhələsinin bu gün keçirilən püşkatmasına münasibət bildirən təcrübəli mütəxəssis "Bayer"lə qrup mərhələsində qarşılaşdıqlarını xatırladıb. Qurbanov güclü rəqiblə matçlarda baxımlı oyun nümayiş etdirməyə çalışacaqlarını bildirib:

"Avropa Liqasının 1/8 final mərhələsinin püşkü maraqlı nəticə ilə yekunlaşdı. "Qarabağ"a hamının Bundesliqa və avrokuboklardan yaxşı tanıdığı "Bayer" rəqib oldu. Azarkeşlərimiz bu komandanı qrup mərhələsində canlı görmüşdülər. Yenə bu komanda ilə rəqib olduq. Mən bu klubun düşərgəsində oldum, iş prinsipləri ilə maraqlandım. Çox ciddi komanda yaradıblar. İstəkli, uduzmağı xoşlamayan baş məşqçiləri var. Məncə, maraqlı oyun olacaq. Baxmayaraq ki, güclü rəqibdir. Leverkuzendə Xabi Alonso ilə diskussiyamız, maraqlı fikirlərimiz oldu. "Bayer"lə görüşlər bizim üçün böyük təcrübədir. Meydana azarkeşlərimiz üçün yaxşı mübarizə aparacaq komanda çıxarmağa çalışacağıq ki, baxımlı futbol oynayaq və yaxşı nəticə əldə edək. Belə böyük komandaların Bakıya gəlməsi Azərbaycanda futbolun sevilməsi üçün səbəb, hamı üçün böyük təcrübədir".

Qeyd edək ki, "Qarabağ"la "Bayer" arasında ilk oyun martın 7-də Bakıda, cavab matçı bir həftə sonra Leverkuzendə olacaq.

Milli.Az


Etiketlər:  Qurbanov püşkü dəyərləndirdi Yenə bu komanda


RƏYLƏR