Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putinə etibar edirmi? – Paşinyan sualdan qaçdı

Putinə etibar edirmi? – Paşinyan sualdan qaçdı

Tarix: 24 Fevral 2024 10:56

Bilirsiniz, biz dövlətlərarası əlaqələr qurmuşuq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan "Frans 24" telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinə etibar edib-etmədiyi barədə suala cavab verərkən deyib.

"Ermənistanla Rusiya arasında münasibətlərin uzun tarixi var. Bu əlaqələrin tarixi müəyyən institusional ənənələrə malikdir. Biz bu ənənələr çərçivəsindəyik", - Paşinyan bildirib.

"Siz hazırda Vladimir Putinlə əlaqə saxlayırsınızmı?" sualına Paşinyan belə cavab verib:

"Bəli, sonuncu dəfə dekabrda danışmışam".

Qeyd edək ki, Paşinyan Putinə inanıb-inanmadığı sualına konkret cavab verməsə də, Azərbaycan lideri ilə arasında qarşılıqlı inamsızlıq olduğunu etiraf etmişdi.
 

Milli.Az


Etiketlər:  Putinə etibar edirmi Paşinyan sualdan qaçdı


RƏYLƏR