Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ukraynaya yardım məsələsi Avropanı parçalayıb”

“Ukraynaya yardım məsələsi Avropanı parçalayıb”

Tarix: 24 Fevral 2024 11:48

"Ukraynaya yardım məsələsi Avropanı parçalayıb, İndi Şərqi Avropa ölkələri Qərbi Avropa ölkələrinə daha az etibar edirlər".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat verib.

Mənbələrin sözlərinə görə, Ukraynadakı artilleriya mərmilərinin ehtiyatlarını necə doldurmaq və haradan almaq barədə mübahisə Avropada daha dərin bir parçalanma yaradır ki, bu da nəticədə silinməz iz buraxa bilər və avrointeqrasiya layihəsini təhlükə altına ala bilər.

Agentlik qeyd edir ki, Şərqi Avropa ölkələri Qərbi Avropanı Kiyevin ehtiyaclarını nəzərə almamaqda ittiham edir. Eyni zamanda "Bloomberg" diqqətə çatdırır ki, Şərqi Avropa Qərbi Avropanı Rusiyanın Ukrayna münaqişəsində qələbəsinə görə "bağışlamayacaq".

Xatırladaq ki, bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirmişdi ki, Avropa Birliyi Ukrayna münaqişəsində əsas məğlub olanlardan biridir.

Milli.Az


Etiketlər:  Ukraynaya yardım məsələsi Avropanı parçalayıb


RƏYLƏR