Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur kanal "Bayer"in matçında mahnımızı səsləndirdi - VİDEO

Məşhur kanal

Tarix: 25 Fevral 2024 06:20

Böyük Britaniyanın məşhur idman telekanalı "Sky Sports" rəsmi İnstaqram hesabındakı paylaşımlarından birində Azərbaycan mahnısından istifadə edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, söhbət "Cücələrim" mahnısından gedir. Belə ki, telekanal Almaniyanın "Bayer 04" komandasının futbolçusu Qranit Cakanın "Maynz"ın qapısına vurduğu qoldan sonra yaşadığı sevincini sözügedən mahnının sədaları altında paylaşıb.

Qeyd edək ki, Bundesliqanın XXIII turu çərçivəsində keçirilən "Bayer 04" - "Maynz" oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az


Etiketlər:  Məşhur kanal Bayerin matçında mahnımızı səsləndirdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ