Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Belarus tarixində ilk dəfə vahid səsvermə keçirilir

Belarus tarixində ilk dəfə vahid səsvermə keçirilir

Tarix: 25 Fevral 2024 14:40

Belarusda parlamentin aşağı palatasının və yerli şuraların deputatlarının seçilməsi üçün ölkə tarixində ilk vahid səsvermə keçirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, vahid səsvermə 2022-ci ilin fevralında qəbul edilmiş yenilənmiş konstitusiyaya uyğun təşkil olunub.

Əvvəllər dörd illik seçki dövrü ərzində bir neçə seçki kampaniyası keçirilib. İndi parlament və yerli şuraların deputatları eyni vaxtda beş il müddətinə seçiləcək.

Belarus Milli Məclisinin Nümayəndələr Palatasının 110 yeri uğrunda 263 namizəd mübarizə aparır.

Milli.Az


Etiketlər:  Belarus tarixində ilk dəfə vahid səsvermə keçirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ