Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran əsilli qadın Almaniya gözəli seçildi - FOTO

İran əsilli qadın Almaniya gözəli seçildi - FOTO

Tarix: 25 Fevral 2024 14:55

Berlində yaşayan 39 yaşlı İran əsilli memar Apameh Şönauer "Miss Almaniya" müsabiqəsinin qalibi olub.

Milli.Az APA-ya istinadən bildirir ki, Baden-Vürtemberq federal əyalətinin Rust şəhərində təşkil olunan müsabiqənin qalibi 25 min avro mükafat alacaq.

Apameh Şönauer 6 yaşında olarkən ailəsi ilə Almaniyaya köçüb. İki uşaq anası olan Apameh Şönauer miqrant əsilli qadınlara dəstək olmağa çalışdığını bildirib və İranda qadın hüquqlarının qorunmasının zəruriliyinə diqqət çəkib.

Milli.Az


Etiketlər:  İran əsilli qadın Almaniya gözəli seçildi FOTO


RƏYLƏR