Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Fevral 2024 13:14
Türkiyədə 9 yaşlı uşaq əmisini güllələyib.
Sonxeber.net bakupost.az-a istinadən xəbər verir ki, hadisə Konyada, Sultan Məsut rayonu, Beykoz küçəsində yerləşən birmərtəbəli fərdi yaşayış evində baş verib.
Ş.U. atası Kurtuluş U.-nun təmizləyib stolun üzərinə qoyduğu silahla oynamağa başlayıb.
Bu vaxt Ş.U.-nun təsadüfən toxunduğu tapançadan atəş açılıb və güllə otaqda dayısı İzzet U.-nun sinəsinə dəyib.
Hadisə yerinə polis və tibb qrupu ünvana göndərilib. İzzət U. sağlamlıq qrupunun bütün müdaxiləsinə baxmayaraq qurtarıla bilməyib.
9 yaşlı uşaq və atası ifadə üçün polis bölməsinə aparılıb.
Hadisə ilə bağlı istintaq davam edir.