Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğan: Putin Türkiyəyə səfərini çox gecikdirməyəcək

Ərdoğan: Putin Türkiyəyə səfərini çox gecikdirməyəcək

Tarix: 26 Fevral 2024 20:22

Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfərini çox gecikdirməyəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə telefon danışığından sonra jurnalistlərə açıqlamasında deyib.

"O, mənə səfəri gecikdirməyəcəyini bildirdi. Türkiyənin beynəlxalq platformadakı mühüm rolunu israrla qeyd etdi və iki ölkə arasında əlaqələrin qətiyyətlə davam etdirilməsindən məmnun olduğunu bildirdi", - Türkiyə Prezidenti vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin fevralın 12-də Türkiyəyə nəzərdə tutulan səfəri təxirə salınıb.

Milli.Az


Etiketlər:  Ərdoğan Putin Türkiyəyə səfərini çox gecikdirməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ