Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2024 07:22
Almaniya Baltik dənizi üzərində NATO hava məkanını qorumaq üçün Latviyaya beş "Eurofighter" qırıcısı yerləşdirir.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Hərbi Hava Qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, qırıcılar Noyburq-an-der-Donau şəhərindən havaya qalxıb və Riqanın cənub-şərqindəki Lielvarde hərbi aerodromuna çatmalıdır.
Onlar martın əvvəlindən noyabrın sonuna kimi Estoniya, Latviya və Litva üzərində NATO hava məkanını qoruyacaq.
Xatırladaq ki, Baltikyanı ölkələr 20 il əvvəl NATO-ya qoşulandan bəri alyansa üzv ölkələr mütəmadi olaraq bölgəyə təyyarələr göndərir.
2014-cü ildən 2023-cü ilə qədər Estoniyadakı Emari hərbi aerodromu Almaniyanın "Eurofighter" qırıcıları üçün baza olub. Emari aviabazasında aparılan təmir işləri ilə əlaqədar olaraq, qırıcılar bu il Latviyadakı Lielvarde aerodromundan istifadə edir.