Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2024 08:50
Avstraliya daha 55 rusiyalı və 37 rus təşkilatına qarşı sanksiyalar tətbiq edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Yeni sanksiyalar Rusiyanın müvəqqəti nəzarəti altında olan bölgələrdən ukraynalı uşaqların deportasiyasında iştirak edənlərlə bağlıdır.
Siyahıda müğənnilər Filipp Kirkorov, Oleq Qazmanov, Nikolay Rastorquev, Nikolay Baskov, VGTRK rəhbəri Oleq Dobrodeyev, "Qazprom-Media" Əyləncə Televiziyasının rəhbəri Tina Kandelaki, teleaparıcı Artem Şeinin də var.