Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2024 13:35
Bir müddət əvvəl boşanma xəbəri ilə gündəmə gələn müğənni Elçin Cəfərov paylaşımı ilə diqqət çəkib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki,sənətçi yeni fotosunu yayımlayaraq, bunları yazıb:
"Hər nə olursa olsun, hər zaman Allahıma şükür edirəm. Çünki odur bizi həqiqi sevən".
Qeyd edək ki, Elçinin fevralın 14-də həyat yoldaşı Aydanla rəsmi boşandığı bildirilib. Aydan Xalq şairi Sabir Rüstəmxanlının qızıdır. Elçin və Aydan cütlüyü 2016-cı ilin aprelində ailə qurub. Onların birgə nikahdan bir oğlan övladları var.