Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2024 13:46
Rusiyanın təsəvvürü onların problemidir. Bu sual bizi narahat etməməlidir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri erməni mediasına açıqlamasında "Demokratik Platforma" fondunun direktoru Qaregin Miskaryan Ukrayna lideri Vladimir Zelenskinin 4 martda Ermənistana səfər edəcəyi haqda məlumata Rusiyanın reaksiyasını şərh edərkən deyib.
O bildirib ki, xarici əlaqələr baxımından İrəvan mümkün qədər çox ölkə ilə əməkdaşlıq etməlidir:
"Çünki biz bu yaxınlarda başa düşdük ki, Rusiya bizim dostumuz deyil".
Onun sözlərinə görə, bu gün dünyada iki qütb arasında mübarizə gedir:
"Ermənistanın alternativi yoxdur. Ya biz demokratik dünyaya inteqrasiya olunmuş ölkə olacağıq, ya da bütün nəticələri ilə suveren dövlət olmaqdan çıxacağıq. Hətta ola bilər ki, Ermənistandan Ukrayna ordusuna çağırılsınlar".