Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Fevral 2024 22:30
Adanada atasının bıçaqladığı gənc qız müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, hadisə Yüreğir rayonunun Anadolu məhəlləsində baş verib. İddiaya görə, 54 yaşlı Turhan Ö. narkotik maddə satdığını və istifadə etdiyini iddia etdiyi 19 yaşlı qızı Dilan Ö. ilə mübahisə etməyə başlayıb.
Küçənin ortasında başlayan mübahisə davaya çevrilib. Dava zamanı ata qızına qarın və döş nahiyəsinə çoxsaylı bıçaq zərbələri vurub. Gənc qız qan içində yerə yıxılarkən, ata hadisə yerindən qaçıb. Dilan Ö. ətrafdakı vətəndaşlar tərəfindən xüsusi xəstəxanaya aparılıb.
Xəstəxanada edilən ilk müdaxilənin ardından gənc qız Yüreğir Dövlət Xəstəxanasına köçürülüb. Xəstəxanada edilən müdaxilələrə baxmayaraq gənc qız dünyasını dəyişib.
Turhan Ö. tutularaq istintaqa təhvil verilib.