Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2024 13:40
Azərbaycanda erkən nikahla bağlı mərasimlərə görə məsuliyyətin müəyyənləşdirilməsi təklif olunur.
Bu barədə Sonxeber.net-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimova bildirib.
Onun sözlərinə görə, erkən nikahlar (uşaq evlilikləri) birbaşa uşaq hüquqlarının pozulmasıdır: "Bu halların qarşısının alınması va cəzalandırılması ilə bağlı mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir. Eyni zamanda nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi və erkən evliliklə nəticələnən mərasimlərin keçirilməsinə görə də məsuliyyətin müəyyən edilməsi təklif olunur".