Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2024 14:20
Rusiyalı müxalif siyasətçi Aleksey Navalnının dəfn vaxtı və yeri açıqlanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, mərhum martın 1-də Moskvanın Borisov qəbiristanlığında torpağa tapşırılacaq.
Bu barədə onun mətbuat katibi Kira Yarmış bildirib.
Xatırladaq ki, fevralın 16-da cəzaçəkmə müəssisəsində qəflətən ölən A. Navalnının cənazəsi fevralın 24-də anası Lüdmila Navalnayaya təhvil verilib.