Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bunu İrəvanın növbəti qeyri-dost davranışı hesab edirik" - Zaxarova

Tarix: 28 Fevral 2024 16:40

Rusiya sərhədçilərinin Zvartnots hava limanından çıxarılması ilə bağlı Ermənistandan heç bir sorğu almayıb.

Milli.Az Unikal-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Diplomat Ermənistan parlamentinin spikeri Alen Simonyanın bu barədə bəyanatını şərh edərkən bildirib ki, bu addım Rusiyaya qarşı daha bir addımdır: "Biz bunu rəsmi İrəvan nümayəndələrinin qeyri-dost davranışının növbəti nümunəsi hesab edirik. Düzdür, parlament sədrinin qaldırdığı məsələlərə görə nə dərəcədə məsuliyyət daşıdığı bəlli deyil. Bununla bağlı Ermənistan hakimiyyətindən heç bir müraciət almamışıq".

Onun sözlərinə görə, Rusiya nümayəndələri tərəfindən heç bir qanunsuz hərəkətə yol verilməyib: "Biz həmişə suveren dövlətlərin milli qanunlarına hörmət edirik". 

Milli.Az


Etiketlər:  Bunu İrəvanın növbəti qeyri dost davranışı hesab edirik Zaxarova


RƏYLƏR