Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransa prezidentindən Kilian Mbappeyə xəbərdarlıq

Fransa prezidentindən Kilian Mbappeyə xəbərdarlıq

Tarix: 28 Fevral 2024 20:14

Fransa Prezidenti Emmanuel Makron Qətər əmiri Təmim bin Həməd Al-Taninin səfəri münasibətilə Yelisey sarayında qonaq olan PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappeyə müraciət edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, futbolçu Makronla görüşəndə prezident ona: "Bizim üçün daha çox problemlər yaradacaqsan", - deyib.

Bundan sonra Mbappe Qətər əmiri ilə salamlaşıb, onu dinləyib və yoluna davam edib.

Makronun Mbappenin "Real Madrid"ə mümkün keçidinə işarə edib-etmədiyi bilinmir.

Bundan öncə mətbuatda xəbər yayılmışdı ki, Fransa prezidenti, Qətər əmiri və PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi Mbappeni cari mövsümün sonunda İspaniyanın "Real Madrid" klubuna keçməkdən imtina etməyə razı salmaq niyyətində deyillər.

Qeyd edək ki, Kilian Mbappe bütün klub yarışlarında PSJ-nin heyətində 32 matçda 32 qol vurub və yeddi məhsuldar ötürmə edib.

Milli.Az


Etiketlər:  Fransa prezidentindən Kilian Mbappeyə xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ