Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Fevral 2024 20:56
Birləşmiş Millətlər Təşkilatının (BMT) qadınlara və qızlara qarşı zorakılıq üzrə xüsusi məruzəçisi Reem Alsalem Fələstinli qadın və qızların qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qaldığını bildirib və bu vəziyyətdən dərin narahatlıqlarını ifadə edib.
Sonxeber.net-ın TurkicWorld-a istinadən məlumatına görə, Alsalem, İsrailin sıx hücumları və blokadası altında olan Qəzzada qadın və qızların üzləşdiyi çətinliklər, məruz qaldıqları zorakılıqlarla bağlı qiymətləndirmələr edib.
Alsalem, sahənin bir çox aktyorunun Qəzzada fələstinlilərin üzləşdiklərini, eləcə də meydandakı vəziyyətlə bağlı təsvir edilə bilməyəcək dərəcədə ağrı və dəhşəti ifadə etməyə söz tapa bilmədiklərini vurğulayıb və Qəzzanı "əsl cəhənnəm" olaraq xarakterizə edib.
Qəzzada həyata keçirilən hücumların da qadın və uşaqlara qarşı olduğunu vurğulayan Alsalem qeyd edib ki, 70 faizi qadın və uşaq olmaqla 30 mindən çox fələstinli öldürülüb. Bu soyqırımın davam etməsinə icazə verilməsi həqiqətən qəbuledilməzdir.
"Qəzzada qadınlar həyat yoldaşlarını itirir, hər saat iki ana öldürülür, saysız-hesabsız uşaq yetim qalır. İnsanlar bilərəkdən ac qalır və humanitar yardımlar olması lazım olan yerə belə yaxınlaşa bilmir. Hamilə qadınlar hamiləliklərini sonlandırmaq məcburiyyətində qalıblar. Sağlamlıq sənayesinin çoxunun məhv edildiyi bir mühitdə anesteziya və ya real dəstək olmadan doğum etməyə məcbur olan qadınlar da var",- deyə o əlavə edib.
Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.
İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.