Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Trampın Orbanla görüşü müttəfiqlərin narahatlığını artıracaq”

“Trampın Orbanla görüşü müttəfiqlərin narahatlığını artıracaq”

Tarix: 29 Fevral 2024 10:34

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbanı Floridadakı malikanəsində qəbul edəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən "Bloomberg" agentliyi yayıb. 

Görüşün martın 8-i baş tutacağı gözlənilir. Agentlik yazır ki, sözügedən görüş ABŞ-nin müttəfiqlərinin Trampın hakimiyyətə qayıtması perspektivləri ilə bağlı narahatlıqlarını gücləndirə bilər. 

Qeyd olunur ki, Tramp fevralın 25-i Vaşinqtonda Argentina Prezidenti Xavyer Mileylə də görüşüb.

Milli.Az


Etiketlər:  Trampın Orbanla görüşü müttəfiqlərin narahatlığını artıracaq


RƏYLƏR