Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2019 20:16
Millimizin futbolçusu Şəhriyar Rəhimov Avro-2020-nin seçmə mərhələsində Uelslə oyun öncəsi mətbuat konfransında fikirlərini bildirib.
Qol.az xəbər verir ki, o, matçın çətin keçəcəyini deyib: "Bu seçmə mərhələ çərçivəsində doğma meydanımızda son görüşümüzə çıxacağıq. Azarkeşlərimizi sevindirmək, ölkəmizi layiqincə təmsil etmək üçün qələbə qazanmağa çalışacağıq”.
Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Uels matçı saat 21:00-da başlayacaq.