Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayramovla Mirzoyanın danışıqları başa çatdı - YENİLƏNİB - FOTO

Bayramovla Mirzoyanın danışıqları başa çatdı - YENİLƏNİB - FOTO

Tarix: 29 Fevral 2024 17:15

17:13

28-29 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Almaniyanın paytaxtı Berlin şəhərində Villa Borsig-də danışıqlar aparılıb.

XİN-dən Milli.Az-a verilən xəbərə görə, nazirlər və onların heyətləri arasında "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib.

Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.

Səfər çərçivəsində, nazirlər Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşüblər.

Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Almaniya tərəfinə minnətdarlıq ifadə edib.

------

13:37


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Borsiq villasında sülh müqaviləsi layihəsi üzrə danışıqların ikinci günü başlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabında paylaşım edilib.

Qeyd edək ki, Berlində tərəflər arasında danışıqlar fevralın 28-də başlayıb.

Milli.Az


Etiketlər:  Bayramovla Mirzoyanın danışıqları başa çatdı YENİLƏNİB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ