Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2024 21:40
Azərbaycanın bu il yanvarın 1-nə 6 461,2 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 87,9 %-i elə dollarda olub.
Sonxeber.net xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, borcun tərkibində avro 5,4%, yapon yeni 2,9%, digər valyutalar 0,5%, XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) isə 3,3% paya malik olub.
Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc məbləğinin 43,1%-ni, sabit dərəcə ilə olanlar isə 56,9%-ni təşkil edib.
Xarici dövlət borcunun 52,5%-i 5 ilə qədər olan müddətdə, 40,3%-i 5 ildən 10 ilə qədər olan müddətdə, 7,2%-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Xarici dövlət borcunun 55,7%-i çoxtərəfli maliyyə institutları üzrə, 35,4%-i xarici bazarda yerləşdirilmiş istiqrazlar üzrə, 8,9%-i isə ikitərəfli maliyyə institutlarından cəlb edilmiş kreditlər üzrə öhdəliklərin payına düşüb.
Xarici dövlət borcunun 35,4%-i avrobondlar üzrə, 29,9%-i Asiya İnkişaf Bankı üzrə, 14,9%-i Dünya Bankı üzrə, 19,8%-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklər olub.
Xarici dövlət borcunun 47,9%-i büdcə kəsirinin bağlanılması üzrə hökumət adından çıxış edən Maliyyə Nazirliyi tərəfindən, 52,1%-i isə digər icraçı qurumlar tərəfindən həyata keçirilən proqram və layihələr üzrə cəlb edilmiş öhdəliklər olub.