Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident: Gələn il “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

Prezident: Gələn il “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

Tarix: 1 Mart 2024 11:36

Növbəti ilin birinci rübündə dərinsulu "Azəri-Çıraq-Günəşli" layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib.

"Azəri-Çıraq-Günəşli"nin uzun müddət neft ixracımızın əsas mənbəyi olduğunu söyləyən dövlətimizin başçısı deyib ki, bu, "Şahdəniz" və "Abşeron"dan başqa, bizim qaz təchizatımıza əlavə mənbə olacaq.

Milli.Az


Etiketlər:  Prezident Gələn il Azəri Çıraq Günəşlidə təbii qaz hasilatı başlayacaq


RƏYLƏR