Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakının daha bir ərazisində söküntüyə başlanılır - VİDEO

Bakının daha bir ərazisində söküntüyə başlanılır - VİDEO

Tarix: 1 Mart 2024 11:38

Bakının Xətai rayonu, NZS qəsəbəsindəki qəzalı binalar söküləcək. Artıq bununla bağlı işlərə start verilib.

"Milli.Az" Xezerxeber.az-a istinadən xəbər verir ki, Xətai rayonu ərazisində 110-a yaxın qəzalı vəziyyətdə olan bina var.

Onların çoxu NZS qəsəbəsi ərazisində yerləşir. Bu binaların söküntüsü isə mərhələli şəkildə həyata keçiriləcək.

İlkin mərhələdə istismar müddətini başa vurmuş, qamışüzlüklü binaların söküntüsü aparılacaq. Hətta ünvanlar da artıq bəllidir.

Xətai rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Sahib Babayevin sözlərinə görə, həmin binalarda təmir işləri aparmaq mümkünsüz olduğu üçün onların söküntüsü nəzərdə tutulub. Həmin binalarda yaşayanlara isə kompensasiya veriləcək.

Qeyd edək ki, NZS qəsəbəsində aparılacaq söküntü işləri "Ağ Şəhər" layihəsinin tərkib hissəsidir.

Daha ətraflı videomaterialda:

Milli.Az


Etiketlər:  Bakının daha bir ərazisində söküntüyə başlanılır VİDEO


RƏYLƏR