Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vətən müharibəsi iştirakçısı vəfat etdi

Vətən müharibəsi iştirakçısı vəfat etdi

Tarix: 2 Mart 2024 18:42

Vətən müharibəsi iştirakçısı Vüsal Güloğlan oğlu Məlikov vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) məlumat yayıb.

Məlumata görə, Dəniz Nəqliyyatı Donanmasının "Dədə Qorqud" tankerinin motorçusu Vüsal Məlikov dünyasını dəyişib. Gəncin ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Vüsal Məlikov 15 may 1991-ci ildə Ağsu rayonu Hacıqədirli kəndində anadan olub.

O, 2011-ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində motorçu şagirdi kimi fəaliyyətə başlayıb. 

Vüsal Məlikov Vətən müharibəsindən sonra "Laçının azad olunmasına görə" medalına layiq görülüb. 

Milli.Az


Etiketlər:  Vətən müharibəsi iştirakçısı vəfat etdi


RƏYLƏR