Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pakistanda göydən gələn fəlakət: Fövqəladə vəziyyət elan olundu

Pakistanda göydən gələn fəlakət: Fövqəladə vəziyyət elan olundu

Tarix: 2 Mart 2024 23:12

Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində güclü yağışlar nəticəsində 17 nəfər ölüb, 23 nəfər xəsarət alıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, əyalətin bəzi bölgələrində, xüsusilə Peşavar, Aşağı Dir və Bajaurda güclü yağışlar nəticəsində evlərin damları uçub, bəzi evlər isə sürüşmə nəticəsində torpaq altında qalıb.

Əlverişsiz hava şəraiti ölkənin əksər bölgələrinə, o cümlədən Lahor, Bəlucistan, Kəraçi və şimaldakı dağlıq bölgələrə ziyan vurub.

Kəraçidə leysan yağışlar səbəbindən fövqəladə vəziyyət elan edilib.

Milli.Az


Etiketlər:  Pakistanda göydən gələn fəlakət Fövqəladə vəziyyət elan olundu


RƏYLƏR