Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail ordusu: “Hərbçilərimiz Qəzzada izdihamı atəşə tutmayıb”

İsrail ordusu: “Hərbçilərimiz Qəzzada izdihamı atəşə tutmayıb”

Tarix: 3 Mart 2024 16:46

İsrail ordusu hələ də əsgərlərinin Qəzza zolağında humanitar karvanı izdihamı atəşə tutması ilə bağlı dəlil tapmayıb; insanların əksəriyyəti əzilmə nəticəsində həlak olub, lakin israillilər üçün təhlükə yarada biləcək ayrı-ayrı talançılara atəş açılıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə İsrail ordusunun sözçüsü Daniel Həcəri bildirib.

"İsrail Müdafiə Qüvvələri Qəzzalı mülki vətəndaşların yardım konvoyuna qaçarkən əzilərək öldürülməsi və yaralanması ilə bağlı ilkin araşdırmasını tamamlayıb. İlkin yoxlamamız təsdiqlədi ki, İDF tərəfindən yardım karvanına heç bir hücum olmayıb. Fələstinlilərin əksəriyyəti izdiham nəticəsində ölüb və ya yaralanıb", - Həcəri deyib. Onun çıxışının videosunu ordunun mətbuat xidməti yayıb.

Bununla belə, o qeyd edib ki, hərbçilər havaya xəbərdarlıq atəşi ilə yanaşı, onlar üçün təhlükə yarada bilən ayrı-ayrı talançılar istiqamətində də atəş açıblar.


Etiketlər:  İsrail ordusu Hərbçilərimiz Qəzzada izdihamı atəşə tutmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ