Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bayer” Bakıya yeni rekordla gələcək

“Bayer” Bakıya yeni rekordla gələcək

Tarix: 4 Mart 2024 12:36

"Bayer" Almaniya Bundesliqasında rekordunu yeniləyib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Xabi Alonsonun komandası bu uğura 24-cü turun "Köln"lə oyununda imza atıb.

Rəqibinə 2:0 hesabı ilə qalib gələn leverkuzenlilər məğlublubiyyətsiz oyunlar seriyasını 34-ə yüksəldiblər. Onlar 30 matçda qələbə qazandıqları halda, 4 dəfə heç-heçə ediblər.

Komanda ispaniyalı mütəxəssisin rəhbərliyi altında son 50 matçında 33 dəfə meydandan 3 xalla ayrılıb ki, bu da Bundesliqa tarixində 3-cü ən yaxşı göstəricidir. İlk pillədə Pep Qvardiola qərarlaşıb. O, "Bavariya" ilə 42 dəfə meydandan qalib ayrılıb. İkinci yeri isə eyni komanda ilə 40 qələbə qazanan Hans-Diter Flik tutur.

Qeyd edək ki, Avropa Liqasında 1/8 final mərhələsində "Qarabağ"ın rəqibi olan almaniyalılar martın 7-də Bakıya səfər edəcəklər. Cavab qarşılaşması isə 1 həftə sonra Almaniyada keçiriləcək.

Milli.Az


Etiketlər:  Bayer Bakıya yeni rekordla gələcək


RƏYLƏR