Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu xəstəxanaya yeni baş həkim təyin edildi - FOTO

Bu xəstəxanaya yeni baş həkim təyin edildi - FOTO

Tarix: 4 Mart 2024 17:16

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib.

Milli.Az xəbər verir ki, xəstəxananın baş həkimi vəzifəsi Asif Əhmədova həvalə olunub.

A.Əhmədov 1986-1993-cü illərdə Azərbaycan TİBB Universitetinin Müalicə profilaktika fakültəsində təhsil alıb.

1994-1998-ci illərdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah-onkoloq, 1998-2017-ci illərdə həkim-cərrah-travmatoloq kimi fəaliyyət göstərib.

2017-2021-ci illərdə Poliklinika şöbəsinin müdiri, 2021-ci ildən hazırkı təyinatınadək Sığortanın təşkili və İnnovasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.

Bundan öncə baş həkim vəzifəsində Zakir Xammədov çalışıb.

Milli.Az


Etiketlər:  Bu xəstəxanaya yeni baş həkim təyin edildi FOTO


RƏYLƏR